Manşet

Prokurorluqdan istefa verən müstəntiq demək olar ki, hakimiyyətin mətbəxində böyüyüb. O məşhur YAP-çı, “91-lər”- in üzvü, keçmiş deputat və Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlunun oğludur. Hakimiyyəti həm də içdən tanıdığından bu bəyanatdan sonra özünə və ailəsinə qarşı repressiya başlayacağını gözləyir. YAP fəalı olan atasının mənəvi terrora məruz qala biləcəyindən ehtiyatlansa da, bu bəyanatı verən zaman hətta atasının onu övladlıqdan çıxaracağını da göz önünə aldığını, ailəsinin və özünün rifahını deyil, əzilən millətinin mənafeyini seçdiyini bəyan edir.
Buyurun, hakimiyyətdə təmsil olunanların da xeylisinin rejimdən narazı olmasına, hökumət daxilində mərkəzdənqaçma meyllərinin güclənməsinə daha bir sübut. Gənc müstəntiqi bu cəsarətli hərəkəti münasibətilə təbrik edirəm. Onun qərarı düzgün qərardır. Heç bir dövlət qulluqçusu, hüquq mühafizə orqanı əməkdaşı “axı tək mən nə edə bilərəm? Mən bu nəhəng aparatın xırda vintiyəm, mən olmasam da bu repressiya maşını işləyəcək” deyib, özünə haqq qazandırmasın. Ən böyük və güclü maşın və mexanizmlər də çoxsaylı xırda detal və vintlərdən ibarətdir. Repressiya maşınının hər bir “vintinin” açılması həmin maşını zəiflədir.
Rüfət Səfərovun atası YAP-çı Eldar Sabiroğluna isə demək istəyirəm ki, oğlunuzun bu bəyanatına görə narahat olmaq, onu tənbeh etmək yox, onunla qürur duymaq lazımdır. Bəli, bu bəyanatın sizə hansı məhrumiyyətlər gətirməsindən asılı olmayaraq belə bir cəsarətli bəyanatı verə bilmiş oğlunuzla fəxr edin. Bəlkə də, bu sizin həyatdakı ən böyük nailiyyətiniz və xalq qarşısındakı ən böyük xidmətinizdir ki, belə cəsarətli, mübariz, xalqını sevən oğul böyütmüsünüz.



Onun kimi insanların varlığı yalnız sürətlə "yeni Ərəbistan"a çevrilən Türkiyə üçün deyil, türk-müsəlman coğrafiyasının çağın çox gerisində qalmış, bəşəri dəyərlərdən uzaq düşmüş, çağdaş, modern yaşama təşnə olan bütün ölkələri üçün ümid işığıdır.
Dünyaya xoş gəlmisən, Ustad!

Amma gürcülər bu gedişata dözmədilər. Nəinki “ümummilli liderləri” Şevarnadzenin hakimiyyəti öz mirası kimi kiməsə ötürməsini gözlədilər, heç “ümummilli liderlərinə” belə, sona qədər dözmədlər və ölkədəki pozitiv dəyişikliklər də 2003-cü ildəki “Qızıl gül” inqilabından sonra başlandı. Qonşularımız qısa müddətdə korrupsiyanı, monopoliyanı, cinayətkarlığı, bürokratiyanı, büdcə oğurluğunu cilovladılar, hüquq və azadlıqlar bərqərar oldu. Yüksək vəzifələrə gənclər irəli çəkildi. Biz Gürcüstandakı qanunçuluğa, korrupsiya ilə mübarizəyə, demokratiyaya, ucuzluğa həsədlə baxdığımız zaman gürcülər yenə də əldə etdikləri ilə kifayətlənməyib, bu dəfə də meydanlara tökülüb, onlara bu qədər uğur qazandırmış Saakaşvilini azad seçkilər vasitəsilə hakimiyyətdən uzaqlaşdırdılar. Biz yenə qonşularımızı başa düşmədik, çoxumuz ürəyimizdən keçirdik ki, bu gürcülər daha nə istəyirlər? Bizim elə prezidentimiz olsaydı, heç ondan imtina etməzdik. Yeri gəlmişkən, eyni hissi əksəriyyətimiz gürcülər Şevarnadzeni hakimiyyətdən uzaqlaşdıranda da yaşamışdıq.
Amma qonşularımız əldə etdikləri ilə kifayətlənmək istəmirdilər. Onlar özlərinə, millətlərinə inanmışdılar. İnanmışdılar ki, millətləri qısır deyil, içlərində qabiliyyətli övladları çoxdur və içlərindən ən layiqliləri vaxtaşırı azad seçkilər vasitəsilə özlərinə lider seçə, etimadlarını doğrultmayanları isə yenə də demokratik seçkilər vasitəsilə yola sala bilərlər. Belə də etdilər. Bizim xalq olaraq “İlham Əliyev olmasa, bəs kim?” şantajı ilə susdurulduğumuz son 12 ildə qonşularımız üç dəfə hökumətlərini dəyişdilər. Və hər dəfə də irəli getdilər. Özlərinə də, dünyaya da sübut etdilər ki, artıq onların taleyi hansısa bir “əvəzolunmaz” liderdən asılı deyil.
İndi bizlər müalicə olunmağa da, istirahət etməyə də, alış-veriş üçün də Gürcüstana gedirik. Yalnız bir ildə bir milyon üç yüz mindən artıq azərbaycanlı qonşu ölkəyə səfər edib. Əgər bizim gömrük xidməti Gürcüstandan alınan ucuz malların ölkəmizə gətirilməsinə mane olmasaydı, inanın ki, bu rəqəm daha da çox olardı.
Bəli, nefti biz çıxarırıq, ancaq yanacaq Gürcüstanda daha ucuzdur. Avropa Oyunlarına 7 milyard dolları biz xərcləyirik, amma bir ildə 5.5 milyon turist Gürcüstana gedir. İndi də, faktiki Avropa olurlar. Bütün Avropanı vizasız gəzəcəklər. Avropanı təkcə gəzməyəcəklər, Avropanın təhsil, səhiyyə, xidmət standartını ölkələrinə gətirirlər. Müstəqil və peşəkar məhkəmənin, şəffaf idarəetmənin, demokratik seçkilərin, azad mətbuatın dadını çıxarırlar.
Qonşularımızın Avropaya vizasız gedəcəklərinə, Avropanın sərhədlərimizə qədər yaxınlaşmasına sevindik. Bəzilərimiz də qonşularımızın bu uğurlarına həsədlə baxdıq. İndi isə məncə, vaxtdır ki, özümüz özümüzə bu sualın cavabını verək. Bəs biz azərbaycanlılar necə, Avropa ölkələrinə vizasız gediş-gəliş hüququ istəyirikmi? Bəs müstəqil və peşəkar məhkəmə, iqtisadi və siyasi azadlıqlar, korrupsiya və monopoliyadan uzaq, şəffaf idarəetmə istəyirikmi? İstəyirikmi ki, bizdə də təhsil, səhiyyə, gömrük, vergi Avropa standartlarına uyğunlaşsın? İstəyirikmi ki, bizi oğru, savadsız və cinayətkar oliqarxlar yox, savadlı və xalqa canı yanan aramızdakı şəxsiyyətli, bacarıqlı, əlitəmiz insanlar idarə etsinlər?
İstəyiriksə, üzərimizə məsuliyyət götürməyə hazır olmalıyıq, özümüzə, millətimizə inanmalıyıq. İnanmalıyıq ki, tarixi, mədəni, mental baxımdan bizdən ciddi şəkildə fərqlənməyən qonşularımızın bacardığını biz də bacararıq. İnanmalıyıq ki, biz də azad və ədalətli seçkilərdə aramızdan ən layiqliləri seçə bilərik. İnanmalıyıq ki, bizim bir millət olaraq heç kimə borcumuz yoxdur, bir sülalənin əbədi xöşbəxtliyi üçün özümüzü, gələcəyimizi qurban verməli deyilik. Biz özünə normal dövlət qura bilmiş, xalq tərəfindən seçilən və dəyişdirilən hökumətlərin idarə etdiyi yüzdən artıq millətin heç birindən əskik deyilik. Bəli, biz də, azad ola bilərik və olmalıyıq!

