Manşet
WTI və Brent markalı neft 35-37 dollara qədər ucuzlaşdığı halda neftin ucuz növlərinin bir barelinin qiyməti 30 dollardan da aşağı satılır. Bunlar Mexican mix, Western Canada Select və Iraq Basrah Heavy markalı neftdir. Bu barədə Blomberg məlumat yayıb. Meksika nefti 28 dollardan ucuz, İraq nefti 25 dollar, Kanada nefti 22 dollarda da ucuz satılır.
Blombergin məlumatına görə, Meksika nefti son 18 ayda 73% ucuzlaşaraq 2004-ci ildən bəri minimum həddə çatıb. Kanadanın Western Canada Select markalı nefti 8 illik minimuma çataraq 21,37 dollara satılıb. Həmçinin Venezuela Basket, Ecuador Oriente, Saudi Arab Heavy markalı neftin qiyməti 30 dollardan aşağı düşüb.

(DTX-ya ithaf olunur)
Televiziyada dördüncü kanal işə düşür. İlk gün vətəndaş televizorun önündə oturub birinci kanalı açır. Orada Brejnev çıxış edir. İkinciyə çevirir, yenə Brejnev, üçüncüdə də Brejnev... Dördüncü kanala çevirir. Orada DTK polkovniki oturub barmağı ilə hədələyir: “Kanalları yaman çox dəyişirsən haa...”

Yer:
Азербайджан

Fəhlə yataqxanasında böyüdük. SSRİ-ni bəh-bəhlə tərifləyənlər gəlib müəllimin, ziyalının gününü görəydilər. Dəhlizlərində siçovulların qaçışdığı yataqxanaya sanki dünyanın ən bədbəxt adamlarını yığmışdılar. Necə insanlar, necə talelər gördük. Sonra 90-lar gəldi. Nədənsə mənə elə gəlir ki, onda havalar çox soyuq keçirdi. Xatırlayanda adamın canına üşütmə düşür. Bəlkə də, uzun çörək növbələrindəki sazaqlı günlərin travmasıdı. “Əsrin müqaviləsi”ni bir il olardı bağlamışdılar, mənə çörək çatmadı. Evə əliboş qayıtdım. Atam da, anam da susdu. Sonra anam gedib hardansa bir parça çörək tapıb gətirdi...
Lap sonra ölkəyə böyük pullar gəldi. Bu ölkənin ziyalılarına gün ağlamadılar. Ələbaxan elədilər, yazıq günə qoydular. Sotomayora-zada 100 min verdilər. Vətəni Kubanı qoyub Azərbaycan üçün yarışmağı seçdi. Avropa Oyunlarında bir dəfə ortabab rəqiblər üzərində uğur kifayət elədi ki, o pulu qazansın. Boksçu müsahibələrinin birində demişdi ki, peşman deyil, bütün qohumları onunla fəxr eləyir, xüsusilə də dayısı. Vətənindən keçən Sotomayoru peşman eləmədilər, minlərlə ziyalını bu ölkədə doğulmağa peşman elədilər...
Atam 100 mini 44 ilə qazandı. Uzun illər qəpik-quruşa işlədi. Özü də yaxında yox, rayonun ucqar kəndində. Heç vaxt idman yarışında ölkə bayrağını qaldırmaq imkanı olmadı, amma bir dəfə də vicdanınını yerə qoymadı. Dərsdən sonra məktəbin divarına söykənib saaatyarım rayona gedəcək növbəti avtobusu gözlədi. Qazandığı qəpik-quruşun bir qismini yollara xərclədi. Ömrünün böyük hissəsi kirayələrdə, yataqxanada keçdi. Çox vaxt uşaqlarına qarındolusu yemək yedirə bilmədi. Amma müəllim adına xəyanət eləmədi...
Atamın 65 yaşı tamam oldu. Yaxın vaxtlarda işdən çıxaracaqlar...
Kubada havalar yenə xoşdu. Deyirlər, oralarda 100 minə 44 il işləmədən dolanmaq mümkündü.



Nəsib Qarayev

dinc əhalini, əlilləri uşaqları, qocaları. qadınları amansızcasına qətlə yetirir . Küçələrdə çığıraraq qaçanlar , qanları axan korpələri görəndə, bombalardan insanların başına uçan binaları görəndə Rusiyanın vəhşi sifəti göz önünə gəlir.
Bu gün Rusiya öz vəhşiliyini Suriyada həyata keçirir,
sabah qurbanı kim olacaq bilinmir.
Odur ki,bütün dünya ayağa qalxmalı vəhşi Rusiyaya dur deməlidirlər !
Bəşəriyyət bu Rus imperiyasının sonsuz ambisiyalarından azad olmaqa can atmalıdı .
Əks təqdirdə Bəşəriyyətdə heç vaxt heç zaman dinclik əminamanlıq olmayacaq .
`Qarabağ` FK-nın daimi azarkeş qruplarından olan “İmarət” “Qafqaz Baku Sport Hotel”də ilin yekunlarına aid növbəti, altıncı tədbirini keçirilib. Tədbirdə “İmarət” fan-klubunun üzvləri ilə yanaşı “Qarabağ” ın vitse-perzidenti Tahir Gözəl, baş məşqçi Qurban Qurbanov, məşqçi və futbolçu heyəti, millət vəkili Fazil Mustafa, ``Qarabağ`ın sabiq prezindentlərindən Yunis İldirmzadə, Qarabağ qaziləri, ziyalılar, iş adamları və digər qonaqlar iştirak edirdi. Tədbirin keçirildiyi zaldakı ekranda Azərbaycanın milli qəhrəmanı Allahverdi Bağırovun fotosu, sol tərəfində “Qarabağ” bayrağı, sağında isə “İmarət” bayrağı asılmışdı. Mərasim açılışında “Koroğlu” üverturası səsləndi. Aparıcı Vasif Qurbanzadə tədbiri açıq elan edərək hamını salamladı, “Qarabağ”ın birlik, qəhrəmanlıq, həqiqətin siması olduğunu, bir futbol klubu olaraq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz rol oynadığını dilə gətirdi. Ardınca Qarabağ uğrunda döyüşlərdə canını fəda etmiş insanların ruhu bir dəqiqəlik sükutla yad olundu. Yazar "Qarabağ"ın futbolçusu və baş məşqçisi olmuş Allahverdi Bağırovun igidliyi, vətənpərvərliyi haqda söz açdı və ekranda ona aid videoçarx nümayiş etdirildi.

