Manşet
Azərbaycan məmurları ilə kim əl sıxırsa dərhal Korrupsiya virusu və Kürü diplomatiyasına yoluxur, dünya ictimaiyətini mütləq məlumatlandırmaq lazımdı, xüsusilə ölkəyə səfər edən xarici dövlət nümayəndələri yerli məmurlarla görüşərkən steril əlcəklərdən istifadə etsinlər, çox təhlükəlidir normalda dünyada mövcud olan tanınmış viruslar öldürür bu virusda isə vəziyyət daha çətindi.
Xəstəliyin xarakteristikası- Korrupsiya virusuna yoluxanlarda əsasən rast gəlinən xüsusiyyətlər :
1.Mənəviyyatını itirmiş Zombiyə çevrilmək.
2.Əsasən sağ beyində virus blokada yaradaraq şəxsi ambissiyadan başqa heç bir şey barədə düşünməyə imkan vermir.
3.Xəstəliyin əsas simptomu yoluxmuş şəxsin Anti milli xarakter alması ilə müşayət olunur...
4.Sonuncu daha dəhşətlidir - Mütəmadi şişirdilmiş yalanlar danışmaq və danışdığı yalanlara özünündə inanması.
5.Insan Haqqlarına qənim kəsilmək.

Natiq Ədilov.Milli Şura bəyan edir ki, F.Qəhrəmanlının həbsi ölkədəki siyasi repressiyanın davamıdır

Milli Şura bəyan edir ki, F.Qəhrəmanlının həbsi ölkədəki siyasi repressiyanın davamıdır və AXCP-yə, Milli Şuraya, bütövlükdə demokratik qüvvələrə növbəti dəfə zərbə vurmaq cəhdidir. Bu həbs hakimiyyətin AXCP-yə, özünün siyasi müxalifətinə düşmən münasibətinin daha bir bariz nümunəsidir. Hakimiyyət indiyədək AXCP-nin yüzlərlə fəalını həbsxanalardan keçirib. Hazırda da F.Qəhrəmanlının həbsi ilə partiyanın 4 nəfəri Rəyasət Heyətinin üzvü olmaqla 10 nəfər funksioneri həbsdədir.
Milli Şura hakimiyyəti ölkədə və beynəlxalq aləmdə baş verən proseslərdən düzgün nəticə çıxarmağa, siyasi müxalifətə qarşı düşmənçilikdən əl çəkməyə, növbəti dövlət çevrilişi şousu ilə xalqın başını qatmamağa çağırır. Milli Şura xəbərdar edir ki, istər kəskinləşən sosial-iqtisadi vəziyyət, istərsə də beynəlxalq münasibətlər baxımından ölkənin düşə biləcəyi təlatümlərdən yalnız və yalnız vətəndaş sülhü, cəmiyyətlə etimadlı münasibətlərin yaranması, demokratik islahatlara başlanması sayəsində qaçmaq olar və bunun məsuliyyəti birbaşa hakimiyyətin üzərinə düşür. İndiki siyasətin davam etdirilməsi, təəssüf ki, ölkəmizə və xalqımıza yalnız qaranlıq perspektivlər vəd edir və hakimiyyət anlamalıdır ki, belə bir perspektiv onun özünün də daha acınacaqlı süqutu demək olar.
Milli Şura bir daha siyasi müxalifətə və fəal vətəndaşlara qarşı repressiyanı dayandırmağı, F.Qəhrəmanlını, eləcə də həbsdəki digər siyasi məhbusları yubanmadan azad etməyi, F.Qəhrəmanlıya irəli sürülən ittihamlara xitam verməyi tələb edir.