Manşet

Eyvah, gör nələrə sevinməli duruma gəldik. Cümhuriyyəti quran şəxsiyyətin cümhuriyyətdə adına layiq olmayan bir büstü var, onu da çuvala salıb uzun müddət elə saxlayırlar, davamlı hay-küylərdən, etirazlardan sonra çuvalı çıxarıb bizi "sevindirirlər". Yetimin papağını alıb-qaytarmaqla onu sevindirmək misalı düşdü yadıma...
Qurduğu cümhuriyyətdə, o cümlədən paytaxt Bakıda niyə adına layiq, sanballı abidələri olmamalıdır Məhəmməd Əminin? Niyə yaratdığı Bakı Universiteti onun adını daşımamalıdır? Niyə onun adına parklar, prospektlər, saraylar olmamalıdır? Axı bu məmləkətdə ən yaxşı nə varsa, məhz onun adını daşımasına təbii bir haqqı var Məhəmməd Əminin!
Ama siz onun Gəncədə başından çuvalı çıxarmalarına sevindiyimiz büstünün yerləşdiyi parkın adına baxın: Dəmiryolçular parkı! Respublika meydanı yox, Rəsulzadə parkı yox..., Dəmiryolçular parkı! Bunun özü də o KİŞİnin adına bir başqa həqarət deyilmi?!
Haydı dostlar, sevincək olub oturmayaq. Cümhuriyyətin canlı sevdalılarına yaşadılan zilləti durdura bilmirik-bilmirik, heç olmasa onu quran babalarımıza dövlət səviyyəsində hörmət-izzətin, layiq olduqları münasibətin göstərilməsinə nail ola bilək...

Bir neçə saat öncə “Günəşli” neft yatağında qaz sızması nəticəsində güclü yanğın baş verib.
Yanğın yatağın 10-cu platformasında başlayıb.
SOCAR-dakı mənbələr faktı təsdiqləyiblər.
Ölənlər və xəsarət alanlar barədə hələ məlumat verilmir.
Sosial şəbəkələrdə yayılan məlumata görə, yanğın o qədər güclüdür ki, yanğınsöndürən gəmi platformaya yaxınlaşa bilmir. Platformada 100 nəfər işçinin qaldığı deyilir.